Yuxarı

Azərbaycan Çinlə memorandum imzaladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Çinlə memorandum imzaladı - Foto

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 23-24-də Çin Xalq Respublikasının mülki məsələlər üzrə naziri Li Liguonun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Pekində Milli Fəlakətlərin Azaldılması Mərkəzi və Mülki Müdafiə Cəmiyyətində görüşlər keçirib.

Nümayəndə heyətinə Çində mülki müdafiə işinin təşkili, fövqəladə halların qarşısının alınması sahəsində görülən işlər barədə geniş məlumat verilib.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov Çinin mülki məsələlər üzrə naziri Li Liguo ilə görüşüb.
Görüşdə Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu haqqında ətraflı məlumat verib. Nazir iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivlərinin olduğunu vurğulayıb.

Li Liguo Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu kontekstdə qarşılıqlı səfərlərin faydalı olacağını bildirib.

Görüşdən sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Nümayəndə heyəti səfər çərçivəsində fövqəladə hallar zamanı istifadə olunan avadanlıq istehsal edən bir sıra müəssisələrə baş çəkib.

Tarix
2014.09.24 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla