Yuxarı

STP yeni texnologiyanın istehsalına başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Texnologiyalar Parkı (STP) MMC Azərbaycanda ilk dəfə olaraq Pivot Suvarma sistemlərinin texnologiyasının istehsalına başlayıb.

STP-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, bu yenilik daxili bazarın təlabatını ödəməklə yanaşı, dünyada “Made in Azerbaijan” brendinin inkişafına da təkan verəcək:

“Son illər ölkədə kənd təsərrüfatının inkişafı, meliorasiya sahəsi ilə bağlı dövlət əhəmiyyətli yeni layihələr həyata keçirilir. Onlardan biri də Pivot Suvarma sistemlərinin ölkəmizdə istehsal edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev də rəsmi çıxışlarında Pivot Suvarma sistemlərinin Azərbaycanda istehsalının vacib olduğunu diqqətə çatırır”, - qurumun açıqlamasında bildirilir.

Bildirilir ki, STP-nin istehsal etdiyi suvarma sistemləri məhsuldarlığın yüksəldilməsinə böyük fayda verəcək. Həmçinin, texnologiya sürətli istifadəni təmin edən idarə panellərinə də sahibdir. Hansı ki, bunun vasitəsi ilə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şəxslər və qurumlar suvarma prosesini vaxta qənaət edərək daha sürətli həyata keçirə bilir.

Məlum olduğu kimi, pivot tamamilə sinklənmiş polad borulardan və müxtəlif sistemlərdən ibarətdir. Xüsusi vurğulayaq ki, texnologiyanın bütün hissələri STP-nin istehsalı olaraq müəssisədə yığılır.

Sumqayıt Texnologiyalar Parkı texnologiyanın istehsalında ABŞ-ın bu sahədə ixtisaslaşmış ən böyük şirkətlərinin təcrübəsindən istifadə edir. Texnologiyanın hazırlanmasında istifadə edilən bir çox detallar STP-nin öz istehsalı olduğundan qarşılıqlı əməkdaşlıq yüksək fayda verir.

Pivot sistemləri dünyanın ən müasir və səmərəli suvarma sistemləridir. Bu sistemlə suvarma nəticəsində suya qənaət edilir, itkiyə yol verilmir. Torpaqların şoranlaşmasının qarşısı alınır. Bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir ki, bu da məhsuldarlığı bir neçə dəfə artırır.

Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.

Tarix
2018.08.30 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla