Yuxarı

Dövlət qoruğunda cəsəd tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət qoruğunda cəsəd tapıldı

Zaqatala Dövlət Təbiət Qoruğunun qayalıq sahəsində insan cəsədi və narkotik xassəli çətənə bitkisi aşkar olunub.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər nazirliyindən məlumat verilib. Cəsəd və çətənə bitkisi Zaqatala Dövlət Təbiət Qoruğunun çox mürəkkəb relyefə malik, yüksək mailliyi olan qayalıq sahəsində aşkar edilib. Müəyyən edilən 67 ədəd narkotik xassəli çətənə bitkisinin hündürlüyü 0.7-1.5 metr olub.

Bununla bağlı, dərhal Qoruq əməkdaşlarının iştirakı ilə Balakən Rayon Prokurorluğu və Polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində müayinə və tədqiqatlar aparılıb, cəsəd və çətənə bitkiləri götürülüb. Aparılan istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 4 nəfər Gərəkli kənd sakini və 2 nəfər Bakı sakini həbs edilərək istintaqa cəlb olunub, onlardan 4 ədəd ov tüfəngi götürülüb.

İlkin ehtimallara görə hadisə Qoruq ərazisində qanunsuz narkotik xassəli çətənə bitkisi əkən kənd sakini ilə onu oğurlamağa gələn şəxslər arasında baş verib.

Hazırda hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən inzibati araşdırma aparılır.

Tarix
2014.10.09 / 10:32
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla