Yuxarı

Biləcəridəki partlayışla bağlı cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləcəri qəsəbəsindəki "Army" marketin ərzaq anbarında baş verən partlayışla bağlı cinayət işi açılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 8-də saat 18:00 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri dairəsi adlanan ərazidə yerləşən yeni tikilmiş çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən "Army" marketin ərzaq anbarında, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayış baş verib. Partlayış zamanı 1992-ci il təvəllüdlü Əhmədov Ehtiram Nadir oğlu ölüb, 1970-ci il təvəllüdlü Heydərova Əfşan Hüseyn qızı, 1993-cü il təvəllüdlü Namazzadə Kənan Rəsul oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Azər Nail oğlu, 1985-ci il təvəllüdlü Babayev Rahib Sergey oğlu, 1989-cu il təvəllüdlü Ədilov Qəhrəman Məzahir oğlu, 1984-cü il təvəllüdlü Eminov Rüfət Mənsur oğlu, 1974-cü il təvəllüdlü Ramazanova Cəmilə Ziyəddin qızı və 1996-cı il təvəllüdlü Məcidzadə Pərişan Rövşən qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstaxanaya yerləşdirilib.

Həmçinin yaxınlıqda olan avtomobillərə ziyan dəyib.

Fakt üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması şəhər prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

İş üzrə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər və rayon prokurorluqlarının, Bakı Şəhər Baş Polis İdarəsi və rayon Polis İdarəsinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda istintaq davam etdirilir.

Tarix
2014.10.10 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla