Yuxarı

“Sevil massivi”ndə inşaat dayandı, pullar isə… – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sevil massivi" MMC-nin rəhbəri Hacı Aynur Zeynalovun həbsindən sonra sensasion proseslər cərəyan edir.

Axar.az-ın əldə etdiyi məlumata görə, MMC-nin tikməkdə olduğu yaşayış binasında inşaat işləri dayandırılıb. Bu massivdən ev alan payçıların isə pulları qaytarılmağa başlanıb.

Məlumatı verən "Sevil massivi" MMC-yə yaxın şəxsin dediyinə görə, binadan mənzil alan vətəndaşları bir-bir çağırıb, ödədikləri pulları qaytarırlar. Binanın tikilməyəcəyini deyən MMC rəhbərliyi Hacı Aynurun həbsindən sonra vəziyyətin ağırlaşdığını bəyan edib və payçıların pullarını qaytarıb. Vəsaitlər notarial qaydada qaytarılır. Qeyd olunur ki, vətəndaşların vəsaitlərinin qaytarılmasında Abşeron rayon icra hakimiyyətinin nümayəndələri iştirak edirlər. Bəzi iddialara görə, vəsaitlərin qaytarılmasını icra hakimiyyəti öz üzərinə götürüb.

Ümumilikdə, 30 milyon manatın qaytarılacağı planlaşdırılır. Pullar qaytarılarkən Xırdalan şəhərindəki 1 saylı notariusda qeyd olunur.

Bu vaxta qədər 2 milyondan artıq vəsaitin qaytarıldığı bildirilir. Hazırda onlarla vətəndaşa 5, 10, 15 min manat civarında ödədikləri ilkin ödənişlər qaytarılıb.

Onu da deyək ki, MMC torpaq satışı və ev tikintisi ilə məşğul idi, kreditlə mənzil tikirdi. Şirkət əlavə olaraq, yeganə çoxmərtəbəli bina da tikməyə başlamışdı.

Xatırladaq ki, A.Zeynalov vergidən yayınma ittihamı ilə həbs edilib və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. İddiaya görə, o sələfi təriqətinin üzvü olub. Hətta MMC-nın ərazisində sələfilərə məscid tikdirməyə cəhd etdiyi söylənir.

Tarix
2014.10.13 / 12:25
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ermənistan Hindistandan bu ölkə üçün silah alır – Arkov

Bakının Kremlin təklifinə müsbət reaksiyası… - Rus ekspert

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla