Yuxarı

Ermənistan Hindistandan bu ölkə üçün silah alır – Arkov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hazırkı hakimiyyəti Qərbdəki yeni "dostlara" arxalanır. Ermənistan hakimiyyətinin planlarına görə, bu "dostlar" İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılmasına və Azərbaycanı erməni əhalisini bölgəyə qaytarmaq adı altında Ermənistana Qarabağ üzərində ən az faktiki nəzarəti "qaytarmağa" məcbur etməlidirlər.

Bu sözləri Axar.az -a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, PolitRus ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

"Bu, Ermənistanı regionda öz ekspansiyasını genişləndirmək üçün əməliyyat meydanı hesab edən Qərbin - ilk növbədə, Fransa və ABŞ-ın maraqları ilə üst-üstə düşür. Buna görə də Ermənistana bəzi silahlar verilir, hərbi məsləhətçilər göndərilir (o cümlədən Müdafiə Nazirliyində işləmək üçün), komandoslar və xüsusi xidmət orqanarının əməkdarşları sülhməramlılar adı altında kəşfiyyat işləri aparmaq üçün yerləşdirilir", - ekspert qeyd edib.

Arkovun fikrincə, Ermənistan hakimiyyəti onlara səxavətlə pul verildikdə, həmişə bir neçə sahibə eyni vaxtda xidmət etmək bacarığı ilə seçilib:

"Buna görə də Hindistan silahlarının tədarükü baxımından mən Ermənistanı da nominal alıcı hesab edərdim. Məncə, real alıcı üçüncü tərəfdir, ola bilsin Hindistan mövcud məhdudiyyətlərə görə birbaşa silah verə bilmir. Müasir dünyada bu, adi haldır. Vaxtilə Bakı Tehranla İrəvan arasında külli miqdarda raket sistemlərinin tədarükü ilə bağlı danışıqlara həssas yanaşırdı. Əslində, bu silahlar Ermənistan ordusu üçün nəzərdə tutulmamışdı".

Tarix
2024.07.27 / 09:00
Müəllif
Vüsalə, Ruslan
Digər xəbərlər

Vəzifədən çəxarılan Qusman Əliyevdən nə soruşmuşdu?

Kapitoli təpəsindən Qarabağa uzanan təxribat...

Təyyarəmiz generalın əmri ilə vurulub - Yeni sensasion məlumat

Mixail Qusman işdən çıxarıldı

Prezidentin nümayəndəsi "Araz-Naxçıvan"ı təbrik etdi

AZAL reysinə zərbə endirən Paladiçukun şərhləri yayıldı - Video

Hakan Fidan Azərbaycan stendini ziyarət etdi - Foto

Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi

Azərbaycan bu şəxsi Özbəkistana ekstradisiya etdi

İlham Əliyev Putinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla