Yuxarı

Artıq Qaradağda da “Kontakt” var - Açılışa özəl 60%-dək endirim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kontakt” mağazalar şəbəkəsi alıcılarına addımbaaddım daha da yaxınlaşır. Belə ki, Bakı şəhərinin Qaradağ rayonunun Sahil qəsəbəsindən indi təkcə dəniz küləyi yox, həm də yeni “Kontakt” sədası gəlir. Şəbəkənin bir neçə gün əvvəl qəsəbənin mərkəzində baş tutan mağaza açılışı əyləncəli anlar, hədiyyəli müsabiqələr və super endirimlər ilə hər kəsin yaddında qaldı.

İki mərtəbəli yeni mağaza məhsul bolluğu ilə də seçilir. Burada qəsəbə sakinlərinə texnologiyanın gücü ilə ev rahatlığı ilə bir harmoniyada təqdim olunur. Yəni, birinci mərtəbədə smartfonlar, smart saatlar, aksessuarlar və kiçik məişət texnikası - gündəlik həyatın ritmini tutan əşyalar, yuxarıda isə komfort və estetikaya xidmət edən mebellər, böyük məişət texnikaları və tekstil məhsulları nümayiş olunur.

“Kontakt”ın Qaradağdakı ilk mağazasının bu qədər səs-küyə səbəb olmasına bir səbəb də burada açılışa özəl nağd alışda 60%-dək endirimlər olmasıdır. Üstəlik, hissəli alışda isə endirimli qiyməti elə anındaca 24 ayadək bölüb ödəmə imkanı müştərilərin daha ilk dəqiqələrdən alış-verişə başlamasına səbəb olub.

Qeyd edək ki, kampaniya şərtləri yalnız açılışa özəldir və sadəcə iyulun 27-dək davam edəcək. O vaxtadək buradan:

1. 20-30 m2 sahəni əhatə edən TCL kondisionerini 850 yox, 600 manata;

2. 300 lt həcmə malik Hisense soyuducusunu 1400 yox, cəmi 800 manata;

3. 128 Gb-lıq iPhone 13 smartfonunu 1380 yox, 1200 manata;

4. 25 km/saat sürətə malik Riley RSX Plus elektrosamokatını 900 yox, 550 manata;

5. Baza və yataq mexanizmli Arizona divanını isə 600 yox, 370 manata almaq imkanınız var.

Əgər siz də bu və bunun kimi sərfəli fürsətləri yerindəcə dəyərləndirmək, seçim bolluğu yaşaamq və arzuladığınızı rahat şəkildə əldə etmək istəyirsinizsə, yolunuzu “Kontakt”ın Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsindəki yeni mağazasından salın.

Tarix
2025.07.25 / 09:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı

"Mübariz İbrahimov" gəmisi miqrantları xilas etdi - Foto

İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi – Təcili

İran qorxur, Türkiyə xəyal edir: Zəngəzura xoş gəldiniz – ABŞ nəşri

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

Fransa parlamentində Bakıya qarşı qətnamə... - Bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla