Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması üçün daha bir neçə şəhərlərarası, şəhərətrafı və rayondaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan Axar.az-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Müsabiqəyə çıxarılan marşrutlar aşağıdakılardır:
Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Şəki, Bakı-Astara, Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Ağdaş, Gəncə-Balakən, Mingəçevir-Zərdab, Şəki-Bərdə, Bərdə-Gəncə, Göyçay-Mingəçevir, Beyləqan-Sumqayıt, Qəbələ-Mingəçevir, Oğuz-Gəncə, Oğuz-Mingəçevir, Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (Avtovağzal), Gəncə (Avtovağzal) – Kür qəsəbəsi (Şəmkir), Nizami kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı), Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı), Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küç., parkın ətrafı), Suduroba kəndi – Qusar avtovağzalı, Hil kəndi – Qusar avtovağzalı, Xürəl kəndi – Qusar avtovağzalı, Cibir kəndi – Qusar avtovağzalı, Bakı şəhəri 332 nömrəli qəsəbədaxili Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli Aviasiya Akademiyası, 334 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (kartof fabriki) – Binə qəsəbəsi (Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (Sovxoz yaşayış massivi, kanal) – Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi), 336 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (137-ci Binə küçəsi, Penitensiar Xidmətin müalicə mərkəzi) – Binə qəsəbəsi (131-ci Binə küçəsi, kanal).
Sənədlər 23 avqust saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
- İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Şəki, Bakı-Astara istiqamətlərində 6 Lot üzrə sentyabrın 9-da;
- Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Ağdaş, Gəncə-Balakən, Mingəçevir-Zərdab istiqamətlərində 6 Lot üzrə sentyabrın 10-da;
- Şəki-Bərdə, Bərdə-Gəncə, Göyçay-Mingəçevir, Beyləqan-Sumqayıt, Qəbələ-Mingəçevir, Oğuz-Gəncə, Oğuz-Mingəçevir istiqamətlərində 7 Lot üzrə sentyabrın 12-də;
- Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (Avtovağzal), Gəncə (Avtovağzal) – Kür qəsəbəsi (Şəmkir), Nizami kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (Avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı) istiqamətlərində 6 Lot üzrə sentyabrın 16-da;
- Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı), Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küç., parkın ətrafı), Suduroba kəndi – Qusar avtovağzalı, Hil kəndi – Qusar avtovağzalı, Xürəl kəndi – Qusar avtovağzalı, Cibir kəndi – Qusar avtovağzalı istiqamətlərində 6 Lot üzrə sentyabrın 17-də;
- Bakı şəhəri 332 nömrəli qəsəbədaxili Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli Aviasiya Akademiyası, 334 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (kartof fabriki) – Binə qəsəbəsi (Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (Sovxoz yaşayış massivi, kanal) – Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi), 336 nömrəli qəsəbədaxili Binə qəsəbəsi (137-ci Binə küçəsi, Penitensiar Xidmətin müalicə mərkəzi) – Binə qəsəbəsi (131-ci Binə küçəsi, kanal) istiqamətlərində 4 Lot üzrə sentyabrın 19-da baxılacaq.