
Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!
14:04
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Azərbaycan İdman Akademiyasının (ASA) komandası Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən 14-cü Futzal üzrə Universitetlərarası Avropa çempionatının qalibi olub.
Axar.az xəbər verir ki, Akademiyanın komandası yarışın finalında İspaniyanın Valensiya Universiteti ilə qarşılaşıb və rəqibinə 7:2 hesabı ilə qalib gələrək Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilib.
Tarix
2025.07.26 / 01:20
|
Müəllif
Axar.az
|