Yuxarı

Bakıda torpaq iyunda kəskin bahalaşıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda torpaq iyunda kəskin bahalaşıb

Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

Axar.az xəbər verir ki, bu barədə Report-a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Burada bir sot torpağın orta qiyməti 422 780 manat təşkil edib ki, bu da illik müqayisədə 28% çoxdur.

Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 296 591 manat (+ 13% ), Nəsimidə isə 292 385 manat (+20%) olub.

Ötən ay bir sot torpağın orta qiyməti Yasamal rayonunda 202 588 manat (+25%), Xətai rayonunda 232 965 manat (+12%), Nizami rayonunda 63 842 manat (+18%), Binəqədi rayonunda 54 875 manat (+14%), Sabunçu rayonunda 46 352 manat (+10,5%), Xəzər rayonunda 25 988 manat (+11%), Suraxanı rayonunda 25 541 manat (+10%), Qaradağ rayonunda 14 971 manat (+7%), Pirallahı rayonunda isə 9 124 manat (+8%) olub.

Tarix
2025.07.26 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin bu qərarını alqışlayıram - Paşinyan

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

Azərbaycanın bu ölkədə səfirliyi açıldı

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Şahramanyan Bakıya hansı məlumatları ötürüb? - Yeni faktlar

Əli Əsədov Türkmənistanda səfərdədir

İki gömrük işçisi ölkədən qaçdı - Şok

İlham Əliyev türkmənistanlı həmkarına məktub göndərdi

Siyartodan Azərbaycanla bağlı açıqlama

Usubov oğlunun həbsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla