Yuxarı

“Krokus” terroru ilə bağlı detallar: Silahlar Dağıstandan gətirilib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Krokus” terroru ilə bağlı detallar: Silahlar Dağıstandan gətirilib

“Krokus Siti Holl” konsert zalında törədilən terror aktı ilə bağlı istintaq materiallarında yeni detallar ortaya çıxıb.

Axar.az xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, terrorçular hadisə zamanı istifadə etdikləri silahları Dağıstandan gətiriblər.

İstintaq materiallarında bildirilir ki, cinayətkarlar əvvəlcədən planlaşdırılmış şəkildə "Mitsubişi" markalı avtomobildə xüsusi gizli saxlanc yeri düzəldərək, oraya odlu silah və güllələr yerləşdiriblər. Avtomobili idarə edən Şahramcan Qadoyev silahlarla birlikdə Moskvaya yollanıb. Daha sonra Şəmsiddin Fəriduni və Dalercan Mirzəyev Moskvaətrafı meşə massivində silahların təhvil alınması üçün yer təyin ediblər.

2024-cü il martın 21-də terror aktının icraçılarından biri Şəmsiddin Fəriduni Dmitrov şosesində yerləşən həmin əraziyə gələrək Qadoyevdən 3 “Kalaşnikov” avtomatı, 1 “Makarov” tapançası və 1381 ədəd güllə alıb. Silahlar “Renault” markalı avtomobilə yüklənərək, Krasnoqorskun Putilkovo kəndindəki kirayə mənzilə aparılıb və terror aktı zamanı istifadə olunub.

Qeyd edək ki, “Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində 149 nəfər həyatını itirib. Hücumdan sonra hadisənin dörd icraçısı – Məhəmmədsabir Fayzov, Dalercan Mirzəyev, Səidəkrəmi Rəcəbəlizadə və Şəmsiddin Fəriduni Ukraynaya qaçmağa çalışıblar. Onlar Bryansk vilayətində saxlanılaraq Moskvaya gətiriliblər.

Tarix
2025.07.26 / 12:57
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla