
Türkiyə bu ölkə ilə 10 milyardlıq müqavilə imzaladı
21:19
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Rusiya Ermənistandakı 102-ci hərbi bazasını əhəmiyyətli dərəcədə gücləndirir.
Axar.az bu barədə Ermənistanın "Hraparak" qəzetinə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, son həftələrdə Gümrüdəki bazaya çoxlu sayda hərbi texnika və döyüş sursatı daşınır. Hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir.
Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır.
Nəşr həmçinin iddia edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.
Tarix
2025.07.26 / 13:08
|
Müəllif
Axar.az
|