Yuxarı

An-24 təyyarəsində qəzadan öncə texniki nasazlıq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
An-24 təyyarəsində qəzadan öncə texniki nasazlıq...

“Angara” aviaşirkətinə məxsus An-24 təyyarəsinin yerə çırpılmasından əvvəl sistemlərində hər hansı nasazlıq qeydə alınmayıb.

Axar.az xəbər verir ki, bu barədə Hökumətlərarası Aviasiya Komitəsi məlumat yayıb.

“İlkin məlumata əsasən, təyyarə yerə çırpılana qədər onun sistemlərində nasazlıq müşahidə olunmayıb”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, iyulun 24-də “Angara” aviaşirkətinə məxsus An-24 sərnişin təyyarəsi Amur vilayətinin Tında şəhərində hava limanına eniş zamanı qəzaya uğrayıb. Təyyarədə 6 nəfər ekipaj üzvü daxil olmaqla 49 nəfər olub, onların hamısı həlak olub. Qalıqlar Tındadan 16 km məsafədəki dağ yamacında aşkarlanıb, fraqmentlər 1 hektarlıq əraziyə səpələnib. Hadisə ilə əlaqədar Amur vilayətində fövqəladə vəziyyət rejimi elan olunub və üçgünlük matəm müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.

Tarix
2025.07.26 / 18:40
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla