Yuxarı

İsrail səfirliyini "yandırmaq" istəyənə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail səfirliyini "yandırmaq" istəyənə hökm oxundu

Azərbaycanda ağır cinayətlərin törədilməsi barədə bilə-bilə yalan məlumat verməkdə ittiham olunan Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Ulfan Əliyevin məhkəməsi başa çatıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, U.Əliyev insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və digər ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək partlayış, yanğın və başqa hərəkətlərin hazırlanması barədə bilə-bilə yalan məlumat verməkdə ittiham olunub.

O, Bakının Xudu Məmmədov küçəsində olduğu zaman istifadə etdiyi özünə məxsus mobil nömrədən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək İsrail səfirini yandıracağını, oranı darmadağın edəcəyini, polis idarəsinə bomba qoyaraq partladacığını deyib.

Təqsirləndirilən şəxs həmçinin 20 metr məsafədə dayanıb, lopa ataraq İsrailin Bakıdakı səfirliyini yandıracağını, oraları da darmadağın edəcəyini, özünə isə od vuracağını bildirib.

İstintaq orqanı tərəfindən U.Əliyevin barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən müttəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vurub, özünü yandıracağını söyləyib: “Mən özümü yandıracağım barədə məlumat vermişəm. Hər hansı bir yeri partlatmaq barədə söz deməmişəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunub.

Tarix
2025.07.26 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla