Yuxarı

Bu restoranın fəaliyyəti məhdudlaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri çərçivəsində Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Panorama” restoranında yoxlama aparılıb.

Axar.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Belə ki, yoxlama zamanı restoranda gigiyenik qaydalara əməl olunmadığı, istehlak üçün yararsız qida məhsullarının satışının həyata keçirildiyi, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət edilmədiyi, işçilərin tibbi müayinələrdən keçmədiyi, tullantıların vaxtında kənarlaşdırılmadığı və havalandırma sisteminin mövcud olmadığı aşkarlanıb.

Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb.

“Bu kimi halların baş verməməsi məqsədilə agentlik tərəfindən bütün ictimai iaşə obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanıb.

Tarix
2025.07.25 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma...

Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb

İlham Əliyev Maldiv liderini təbrik etdi

İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Etiraf

Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı

"Mübariz İbrahimov" gəmisi miqrantları xilas etdi - Foto

İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi – Təcili

İran qorxur, Türkiyə xəyal edir: Zəngəzura xoş gəldiniz – ABŞ nəşri

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla