Yuxarı

Təyyarəmiz generalın əmri ilə vurulub - Yeni sensasion məlumat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarəmiz generalın əmri ilə vurulub - Yeni sensasion məlumat

Etibarlı mənbələrə istinadla 2024-cü il 25 dekabr tarixində AZAL-ın Bakı-Qroznı reysi ilə uçan mülki “Embraer 190” təyyarəsinin vurulması ilə bağlı yeni və sensasion məlumat yayılıb.

Axar.az xəbər verir ki, araşdırma insidentin hərbi strukturlardakı ciddi rabitə pozuntuları, radar nasazlıqları və əmrlərin məsuliyyətsiz şəkildə verilməsi nəticəsində baş verdiyini ortaya qoyur.

Hadisənin xronologiyası:

03:26 – “Pilotsuz təhlükə” siqnalı elan olunur. Bu siqnal 12:00-dək qüvvədə qalır və Şimali Qafqaz Federal Dairəsindəki hərbi strukturlara ötürülür.

08:05 – “Xalça” siqnalı işə salınır. Bu siqnal havada olan bütün hava gəmilərinin (axtarış-xilasetmə və hərbi dronlar istisna olmaqla) dərhal enməsini və ya zonanı tərk etməsini tələb edir.

07:23 – 09:07 aralığında "Embraer 190" təyyarəsi radar izləməsində olur. Lakin 08:09 – 08:13 arasında təyyarənin radar izlənməsi qəfil kəsilir.

08:12 – Kapitan Dmitri Paladiçuk pilotsuz uçuş aparatı olduğunu ehtimal etdiyi hava hədəfi barədə məlumat verir.

08:13 – General-mayor Aleksandr Tolopilo hədəfin məhv edilməsi əmrini verir. İki "95-Ya6" tipli raket buraxılır və mülki təyyarəyə tuş gəlir.

“Minval Politika”nın əldə etdiyi məlumatlara görə:

- Radar və “Pantsir-S” zenit-raket kompleksində texniki nasazlıqlar olub;

- Tolopilo hadisənin obyektiv nəzarət görüntülərini saxtalaşdırmağa cəhd edib, guya raketlərin öz-özünə məhv olduğunu bildirib;

- Radar izləməsinin itməsi və təyyarənin “pilotsuz aparat” kimi səhv identifikasiya olunması ilə bağlı istintaq materialları gizlədilib;

- General-mayor cəzalandırılmaq əvəzinə yeni vəzifəyə – Şərq Hərbi Dairəsinə təyinat alıb. Daha sonra istintaq dayandırılıb, məsuliyyət ört-basdır edilib. Bütün bu ciddi qanun pozuntularına baxmayaraq, Rusiya Aerokosmik Qüvvələrinin rəhbərliyi və 4-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun komandanlığı hadisə ilə bağlı istintaqın gedişinə əngəl törədib.

Əldə edilən sənədlər göstərir ki, mülki bir təyyarə pilotsuz düşmən cihazı ilə səhv salınıb və nəticədə sərnişinlərin və ekipaj üzvlərinin həyatı bahasına faciə baş verib.

Qeyd edək ki, həmçinin 2024-cü ilin 25 dekabrında Bakı-Qroznı reysi üzrə hərəkət edən AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsinin vurulmasına səbəb olan şəxslərin siyahısı yayılıb.

Tarix
2025.07.25 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla