Yuxarı

Çinin planları niyə baş tutmur? - "Starlink"in əzici üstünlüyü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinin planları niyə baş tutmur? - "Starlink"in əzici üstünlüyü

Çinin iki ən böyük şəbəkəsi planlaşdırılan peyklərin cəmi 1%-dən azını orbitə çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

Bildirilir ki, bu, Çinin İlon Maskın “Speys X” şirkəti ilə kosmik rabitə uğrunda yarışda geridə qaldığını göstərir.

Aşağı Yer orbitində yerləşən peyklər pilotsuz avtomobillər, dronlar vasitəsilə aparılan döyüş əməliyyatları və hərbi müşahidə üçün vacib hesab olunur. Nəşr yazır ki, Çin “Starlink”i hərbi təhdid kimi qiymətləndirir və buna görə kosmik sistemlərin inkişafına böyük vəsait yatırır. Çin orbitə təxminən 27 min peyk yerləşdirməyi planlaşdırır:

“Lakin Çin şirkətləri hələ də əsas texniki maneəni aşa bilməyib. Gecikmələrin əsas səbəblərindən biri etibarlı təkrar istifadə olunan raket daşıyıcısının olmamasıdır. Çin şirkətləri hələ də peykləri birdəfəlik raketlərlə orbitə çıxarır. Peyklər yerləşdirildikdən sonra raket hissələri ya Yerə düşür, ya da kosmik tullantıya çevrilir.

İlk şəbəkə olan “Qianfan” ilin sonuna qədər orbitdə təxminən 650 peyk yerləşdirməli idi. Lakin buraxılışlara başlandığı vaxtdan bəri yalnız 90 peyk orbitə çıxarılıb. Digər şəbəkə olan “Guowang” isə daha da geri qalır. Gələcək on il ərzində təxminən 13 min peyk buraxmaq planlaşdırılsa da, hazırda orbitdə cəmi 34 peyk var. Eyni zamanda, “Speys X” şirkətinin orbitdə təxminən 8000 “Starlink” peyki mövcuddur”.

Tarix
2025.07.25 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla