Yuxarı

Əli Nağıyev Gürcüstanda səfərdədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Nağıyev Gürcüstanda səfərdədir

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze Tiflisdə rəsmi səfərdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevi qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş gələcək təşəbbüsləri müzakirə ediblər.

Tərəflər informasiya və təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, iki ölkənin təhlükəsizlik orqanları arasında möhkəm əməkdaşlıq həm ikitərəfli münasibətlərin inkişafına, həm də regionda sülh və sabitliyin qorunmasına mühüm töhfə verir. Görüş zamanı regionda baş verən proseslər və mövcud problemlər də diqqət mərkəzində olub.

Mamuka Mdinaradze Gürcüstana səfərinə görə Əli Nağıyevə təşəkkürünü bildirib və bu səfərin iki dövlətin qurumları arasında əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən görüşdə həmçinin hər iki ölkənin təhlükəsizlik orqanlarının rəhbərlərinin müavinləri və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüşdən sonra Mamuka Mdinaradze və Əli Nağıyev Ümummilli Lider Heydər Əliyevin abidəsinin və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

Tarix
2025.10.25 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla