Yuxarı

Kapitoli təpəsindən Qarabağa uzanan təxribat...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 87 konqresmen Tramp Administrasiyasını ermənilərin Qarabağa qayıtmasına dəstək vermək çağırışı edib. Müraciətdə “Dağlıq Qarabağ” ifadəsinin yer alması və Konqresdə Ermənistanla dostluq qrupunun həmsədrləri tərəfindən hazırlanması məqsədin “humanitar” olmadığını aydın göstərir.

Təcrübə təsdiq edir ki, erməni lobbisinin Qarabağ üzərindən həyata keçirdiyi kampaniyaların əsas qayəsi həmişə işğala əsaslanan status-kvonun qorunması və Ermənistan maraqlarının müdafiəsi olub. İndi isə Azərbaycan-Ermənistan sülh danışıqları və Paşinyan hakimiyyətinin “yeni Ermənistan konsepsiyası” fonunda erməni diasporu/lobbisi ilə rəsmi İrəvanın mövqeyi üs-üstə düşmür. Bu kontekstdə belə bir müraciətin indi yayılması – Qarabağ məsələsinin aktuallaşdırılması, xüsusilə Əbu-Dabi görüşündən sonra, təkcə Bakıya yox, İrəvan və Vaşinqtona qarşı plan kimi görünür. Müraciətin konkret siyasi hədəfləri var.

- Erməni diasporu/lobbisi Bakı-İrəvan xəttində sülh gündəliyini sıradan çıxarmağa və “sağ qalmağa” çalışır;

Qarabağ münaqişəsi – Azərbaycanla müharibə şəraiti erməni diasporunun ideoloji dayaqlarının tərkib hissəsi olub. Bu prosesin praktiki icrasını bir neçə bir neçə istiqamətdə həyata keçirirdilər:

- Siyasi və maliyyə dəstəyi ilə Ermənistanı Azərbaycana qarşı işğalçı siyasətə sürükləyir;

- Ermənistana dəstək adı ilə erməni biznesmenlərdən böyük ianələr toplayır;

- Siyasətçiləri – konqresmenləri, senatları ələ alır, ABŞ başda olmaqla müxtəlif ölkələrin siyasi elitasına təsir edirdilər;

Qarabağın işğaldan azad edilməsindən sonra Ermənistanla sülh gündəliyi erməni diasporunun ideoloji və praktiki mövcudluğunu sual altına salır. Bu kontekstdə “ermənilərin Qarabağa qayıdışı” məsələsi Bakı-İrəvan danışıqlarının atmosferini dəyişdirmək, daxili ictimai rəy üzərindən Paşinyana təzyiq etmək planının tərkib hissəsi kimi görünür.

- Trampın Cənubi Qafqaz siyasətini sabotaj etmək cəhdləri var;

Trampın siyasəti erməni diasporu/lobbisi üçün xüsusilə iki kontekstdə təhlükə yaradır:

1. Ağ Evin hazırkı administrasiyası demokratlardan fərqli olaraq, Cənubi Qafqaz siyasətini Ermənistan vektorlu qurmur, maraqlarının nəzərə alınması şərtilə Bakı-İrəvan xəttindəki ikitərəfli formata müdaxilə etmir: bu, erməni diasporunun mövcudluğunu sual altına salacaq sülh perspektivini gücləndirir;

2. Tramp Prezident İlham Əliyevin Xankəndidə dediyi kimi, “Vaşinqton bataqlığı”nı qurutmaq siyasətini izləyir: bu, erməni diasporundan maliyyə alan lobbiçiləri təhlükə altına salır;

“Ermənilərin Qarabağa qayıdışı” məsələsinin aktuallaşdırılması ilə Trampın Cənubi Qafqaz siyasətinə təsir etməyə çalışırlar. ABŞ Administrasiyası konqresmenlərin müraciəti qarşısında siyasətinə ciddi korrektlər etməsə belə, təzyiq altına düşür və məsələyə istənilən münasibət Bakı-İrəvan xəttindəki danışıqlara mənfi təsir edə bilər.

Tarix
2025.07.25 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı

"Mübariz İbrahimov" gəmisi miqrantları xilas etdi - Foto

İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi – Təcili

İran qorxur, Türkiyə xəyal edir: Zəngəzura xoş gəldiniz – ABŞ nəşri

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

Fransa parlamentində Bakıya qarşı qətnamə... - Bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla