Yuxarı

Hakan Fidan Azərbaycan stendini ziyarət etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisini (“IDEF 2025”) ziyarət edib.

Axar.az xəbər verir ki, tədbirin təşkil olunduğu İstanbul Sərgi Mərkəzində qurulan stendlərə baxış keçirən Hakan Fidan Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə ölkəmizi təmsil edən pavilyonla yaxından tanış olub.

Daha sonra nazir Hakan Fidan digər stendlərə də baxış keçirib.

Xatırladaq ki, “IDEF 2025” sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunurlar.

Sərgidə MSN-in müəssisələrində istehsal edilən müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Tarix
2025.07.24 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

"Mübariz İbrahimov" gəmisi miqrantları xilas etdi - Foto

İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi – Təcili

İran qorxur, Türkiyə xəyal edir: Zəngəzura xoş gəldiniz – ABŞ nəşri

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

Fransa parlamentində Bakıya qarşı qətnamə... - Bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

“Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla