Yuxarı

Onlar imtahanda ən yüksək balı topladılar - Adları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Axar.az xəbər verir ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Qədimkənd kənd orta məktəbinin məzunu Müşfiq Aqil oğlu Əlili və Bakı şəhəri 64 saylı orta məktəbin məzunu Əbülhəsən Brilyant oğlu Məmmədov göstərib.

Müşfiq Aqil oğlu Əlili hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (698.3 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 298.3 bal toplayıb. Əbülhəsən Brilyant oğlu isə Məmmədov imtahanın birinci mərhələsində 296.7 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 4 nəfər – Bakı şəhəri 272 saylı orta məktəbin məzunu Sona Məhəmməd qızı Nurməmmədli, Şəki rayonu Orta Zəyzid kənd 1 saylı orta məktəbin məzunu Orxan Fəxri oğlu Abdulsəmədli, Bakı şəhəri 253 saylı orta məktəbin məzunu Məryəm İlqar qızı Abdullayeva, Bakı şəhəri 53 saylı orta məktəbin məzunu Zeynəb Zaur qızı Ağaməmmədova göstərib. Nurməmmədli Sona Məhəmməd qızı və Abdulsəmədli Orxan Fəxri oğlu hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentlərdir. Onlar imtahanın birinci mərhələsində 300 bal toplayıblar. Məryəm İlqar qızı Abdullayeva imtahanın birinci mərhələsində 289, Zeynəb Zaur qızı Ağaməmmədova isə 286.7 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimum 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Tarix
2025.07.24 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı bu ölkəni təbrik etdi

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

Azad edilmiş ərazilərdə radioaktiv maddələr aşkarlandı

Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev

Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik!

Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!

Erməniləri Qarabağdan qovmamışıq - Hikmət Haciyev

Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsi...

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma...

Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla