Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19% çoxdur.
Axar.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, ötən ay Böyük Britaniyadan 2 459 nəfər (+20 %), Almaniyadan 2 364 nəfər (+39%), İtaliyadan 1 132 nəfər (+13%), İspaniyadan 606 nəfər (-49 %), Fransadan 570 nəfər (+1%), Niderlandan 529 nəfər (+25%), İsveçdən 413 nəfər (+4%), Avstriyadan 313 nəfər (+39%), Yunanıstandan 300 nəfər (+2,5 dəfə ), Portuqaliyadan 292 nəfər (+2,3 dəfə ), Belçikadan 277 nəfər (+15%), İsveçrədən 214 nəfər (+0,5%), Norveçdən 171 nəfər (-10%), İrlandiyadan 143 nəfər (-27%), Danimarkadan isə 107 nəfər (-4%) turist gəlib.
Ümumilikdə iyun Azərbaycan 237 509 turist qəbul edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11 % azdır. Ən çox turist Rusiyadan (73 415 nəfər, - 11%), Türkiyədən (40 326 nəfər, +5%) və İrandan (15 297 nəfər, - 11%) gəlib.