
Azərbaycan komandası Avropa çempionu oldu
01:20
Ana səhifə Gündəm |
![]() ![]() ![]() ![]() |
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Axar.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.
“Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında qeyd olunub.
Tarix
2025.07.24 / 18:57
|
Müəllif
Axar.az
|