Yuxarı

“Gözün aydın, oğlun şəhid oldu” deyən ata – Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün oğlu Təbrizin şəhid olması xəbərini həyat yoldaşına, "Gözün aydın, oğlun şəhid oldu", sözləri ilə deyən istiqlal şairi Xəlil Rza Ulutürkün doğum günüdür.

Xəlil Rza 1932-ci il oktyabr ayının 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində Rza kişinin ailəsində dünyaya göz açıb. Onun ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub.

1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. 1954-cü ildə Xəlil Rza Azərbaycan SSR Yazıçılar İttifaqının üzvü seçilib. Onun ilk şerlər toplusu – "Bahar gəlir" (1957) kitabı da nəşr olunub.

80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağa təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi. 1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən həbs edilərək Moskvaya "Lefortovo" həbsxanasına göndərilib. "Lefortovo" həbsxanasında şəkər xəstəliyinə tutulan Xəlil Rzanın səhhəti pozulur. 1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılıb.

1992-ci il may ayının 19-da Türkiyənin Həsaki ürək xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılıb. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında olan həkimlərin nəzarəti altında saxlanılıb. Lakin çox çəkmir ki, həkimlərin məsləhəti ilə şairi Almaniyaya göndəriblər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Almaniyaya gedərək Zolenger şəhər klinikasında müalicəsini davam etdirib. Lakin müalicə nəticə verməyib. Xəlil Rzanın 1994-cü il iyunun 22-də vəfat edib.

Axar.az Xəlil Rzanın daha öncə heç yerdə yayımlanmayan fotolarını təqdim edir:

Tarix
2014.10.21 / 16:54
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla