Yuxarı

İranın vitse-prezidenti Bibiheybət məscidində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın vitse-prezidenti Bibiheybət məscidində - Foto

İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti xanım Şahindoxt Movlaverdi Bakıda Bibiheybət məscidini ziyarət edib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda İƏT-in qadın məsələləri üzrə nazirlərinin V Beynəlxalq konfransında iştirak etmək üçün Azərbaycana səfərə gələn Ş.Movlaverdi Bibiheybət məscidini ziyarət edib.

QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev qonağa ən qədim və böyük dini abidələrimizdən biri sayılan Bibiheybət məscidinin tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, yeddinci İmamın (ə) - İmam Museyi Kazımın (ə) qızı Xanım Həkimənin (ə) məzarı burada yerləşdiyindən məscidə müsəlman ölkələrindən çoxlu sayda ziyarətçilər gəlir.

Kommunist rejiminin dini abidələrə hücumu zamanı sözügedən məscidin söküldüyünə diqqət çəkən axund xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Bibiheybət məscidinin bərpasına başlanıldığını, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində isə ərazidə möhtəşəm məscid-kompleksin inşa edildiyini vurğulayıb.

İranın vitse-prezidenti Ş.Movlaverdi Xanım Həkimənin (ə) məzarını ziyarət edib, məscid-komplekslə yaxından tanış olub, burada yaradılan muzeyin eksponatlarına baxıb.

Qonağa QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin adından hədiyyə təqdim olunub.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Sədaqət Qəhrəmanova da iştirak edib.

Tarix
2014.10.22 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanla Rusiya arasında kritik görüş

Köçəryan Azərbaycanla bağlı "vəd" verdi

İqor Babuşkin Mehriban Əliyevaya məktub göndərdi

Nizami Gəncəvi Mərkəzinin üzvlərindən məktub

20 yaşlı gənc bu gün ADU-ya rektorluq etdi - Foto

Bu ölkə prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Afrika Günü ilə bağlı konfrans keçirildi

Rubionun İrəvan səfərində gizli missiyası: ABŞ-ın planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla