Yuxarı

Şahin Mustafayev İran nümayəndə heyətini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin Mustafayev İran nümayəndə heyətini qəbul etdi

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının nəqliyyat və yükdaşıma nazirinin müavini, İran Dəmir Yolları Birliyinin sədri Möhsün Purseyid Ağayi ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb.

2014-cü ildə Azərbaycan və İran dövlət başçılarının Davos, Tehran və Həştərxanda keçirilmiş görüşləri, aparılan danışıqlar ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verib. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın inkişafına əlverişli zəmin yaradıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş iclasında əldə olunmuş razılaşmaya uyğun olaraq, nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi üçün tədbirlər görülür.

Görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara layihəsinin sürətləndirilməsinə dair müzakirələr aparılıb. Şahin Mustafayev layihənin hər iki tərəf üçün xüsusi əhəmiyyətini qeyd edərək, layihənin tezliklə başa çatdırılması üçün lazımı dəstək göstəriləcəyini vurğulanıb.

İran Dəmir Yolları Birliyinin sədri Möhsün Purseyid Ağayi səmimi qəbula görə təşəkkür etmiş, ölkələrimiz arasında digər sahələrlə yanaşı, nəqliyyat sahəsində də əlaqələrin uğuru inkişafını qeyd edib.Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin İranda həyata keçirilən prioritet nəqliyyat layihələrindən olduğunu diqqətə çatdırıb. Bakıda keçirilən konfrans çərçivəsində Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edən cənab Ağayi layihənin İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemini birləşdirəcəyini vurğulanıb.

Tarix
2014.10.23 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla