Yuxarı

“Karvan”ın yandırılması qalmaqalı: başçı dilə gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Karvan”ın yandırılması qalmaqalı: başçı dilə gəldi

Sumqayıtda "Karvan" Ticarət Mərkəzinin yanması ətrafında qalmaqal böyüyür. Yarmarkanın sahibi Ağamirzə Əhədovun bazarın yandırılması haqda iddiasını şəhər icra başçısı Eldar Əzizov yalanlayıb. Bu isə "Karvan"la bağlı müəmmanın dərinləşdiyini göstərir. Sahibkar yandırılıb, başçı sobalara görə yanıb deyir.

Axar.az-ın əldə etdiyi məlumata görə, A.Əhədovun açıqlaması bəzi dairələrin xoşuna gəlməyib. Çünki ötən və bu ilin oktyabr aylarında iki dəfə yanan yarmarkanın sahibi bu qəzanın qəsdən törədildiyini iddia edib.

Amma yanğının kimlər tərəfindən törədilməsi açıqlanmır. Belə ehtimal olunur ki, hadisənin arxasında şəhərdə yerləşən univermaqlara, iri ticarət mərkəzlərinə sahib iş adamlarından ibarət qrup dayanır.

Elə bunun təsdiqi kimi A.Əhədov açıqlamasında sensasion çıxış etmişdi:

"Bura elə-belə yanmır ki! Yəqin hər hansı bir qüvvə var. Əgər mən pisəmsə, gəlsin məni vursun-öldürsün və yaxud evimi yandırsın. Camaatın çörəyinə niyə bais olur?

Burada 5000 insan çörək qazanır, niyə onların çörəyinə bais olurlar? Lakin Allah onların cəzasını verəcək, yaxınlarda hər şey üzə çıxacaq" .

Modern.az-ın məlumatına görə, E.Əzizov Sumqayıtın 2014-cü ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında deyib:

"Ötən il güclü yanğın baş vermiş və o zaman çoxlu mağaza yanmışdı. O zaman orada malları yanan tacirlərin problemləri ilə 2 ay maraqlandıq. Onlara kömək etdik. O hadisədən bir il keçməmiş, bu ilin oktyabrında hadisə yenidən təkrarlandı. Biz hər zaman onlara kömək edə bilmərik, sahibkarlar mallarını sığortalamalıdırlar. Ticarət mərkəzində çalışanlar qızınmaq üçün standartdan kənar sobalardan istifadə edirlər ki, bu da yanğına səbəb olur. Sonra da deyirlər ki, qəsdən yandırılıb".

Göründüyü kimi, icra başçısı sahibkarların istifadə etdiyi sobaları əsas kimi göstərib.

Xatırladaq ki, oktyabrın 9-da axşam saatlarında Sumqayıtdakı "Karvan" Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Ümumi sahəsi 10.000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər zəhərlənib.

Tarix
2014.10.23 / 14:50
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla