Yuxarı

Rafiq Səməndərə ağır itki - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında publisist Rafiq Səməndərin oğlunun ölümü ilə bağlı baş verən hadisənin təfərrüatı əksini tapıb. Bildirilir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən 1979-cu il təvəllüdlü Ələddinov Kamran Rafiq oğlu hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində K.Ələddinovun vəfat etdiyi müəyyən edilib. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:20-də başa çatıb.

Qeyd edək ki, hadisə barədə məlumatı və dəm qazından boğulan K.Ələddinovun tanınmış publisist Rafiq Səməndərin oğlu olduğu barədə xəbəri "Aznews.az" saytı yaymışdı.

Rafiq Səməndər məşhur "Yuxu" filminin ssenari müəllifi, Hacıbaba Bağırovun iştirakı ilə çəkilmiş "Sonqulunun sərgüzəştləri" ssenari müəlliflərindən biridir.

Onun yaradıcılığının şah əsəri kimi 20 yanvar şəhidlərinə həsr olunmuş "Şəhidlər" kitabı göstərilir. Qarabağ hadisələrindən bəhs edən ikinci kitabı "Girovlar" adlanır.

***

Hadisə ilə bağlı "Aznevs.az" yeni təfərrüatlar əldə edib. Məlumata görə, K.Ələddinovun 35 yaşı olub. Hadisənin təfərrüatlarına gəlincə, olayın dekabrın 3-də axşam saatlarında baş verdiyi güman edilir. Hadisə baş verən zaman K.Ələddinovun həyat yoldaşı və uşaqları qayınatasıgildə olub. Ailə üzvləri ona zəng etsələr də, telefona cavab verməyib. Daha sonra ailə üzvləri evə gəlib, ancaq qapını açan olmayıb. Dekabrın 4-də səhər saatlarında yenidən evə gedən ailə üzvləri içəri daxil olduqdan sonra hamamda K.Ələddinovun cəsədi ilə qarşılaşıblar.

Tarix
2013.12.04 / 12:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla