Yuxarı

“London” taksilərinin çöküşü və cərimələnməsi təsdiqləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"London taksi" xidmətinin böhran içində olması rəsmən etiraf olunur. Artıq "Bakı Taksi" MMC yeni taksilərin Azərbaycana gətirilməyəcəyini təsdiqləyib.

Axar.az-ın məlumatına görə, sürücülərin gündəlik planın 40 manata qalxmasından sonra keçirdiyi aksiya nəticəsini verib. Şirkət rəhbərliyi etirazlar qarşısında güzəştə getməli olub.

Əslində, sürücülərin şikayətini dəfələrlə işıqlandırıb, onların gündəlik plan və yanacaq xərclərinin ağırlığını ictimailəşdirmişik. Lakin hərə dəfə MMC yazılanları təkzib edib. Bununla belə, sürücülərin son aksiyasından sonra rəhbərlik ciddi qərar vermək niyyətindədir.

Belə ki, "Bakı Taksi" MMC-nin mətbuat xidmətinin rəhbəri Sahil Əhmədov deyib ki, bir taksini iki sürücünün sürməsini qərara alıblar. S.Əhmədov Hafta.az-a qeyd edib ki, sürücülər bir sutka işləyir, yorğun olurlar:
"İstirahətə vaxtları olmur. Biz də qərara aldıq ki, hər sürücü 12 saat işləsin. Bunun 5 saatını fasilə etsin, 7 saatını isə işləsin. Hər sürücünün də üzərinə 20 manat tarif ödəmək düşür. Biz araşdırmalar aparmışıq, "Bakı Taksi" MMC ən ucuz tarifi olan şirkətdir. "Bakı Taksi" MMC-nin tarifi əvvəl 28 manat olub. İndi isə hər sürücüyə 20 manatdır".

Qurum rəsmisi bldirib ki, əlavə "London taksi"lərinin gətirilməsi də planlaşdırılmır:

"İndi bizim 1000 ədəd "London taksi"miz var. Onun da 500–ü xəttə buraxılıb".

Xatırladaq ki, digər 500 taksi cərimə meydançasına aparılıb. Həmin taksilərin gömrük qeydiyyatından keçmədiyini yazmışdıq və deyilənlər təsdiqlənir. S.Əhmədovun dediyi kimi, 1000 taksidən yalnız 500-ü xəttə buraxılıb.

Tarix
2014.10.24 / 09:15
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla