Yuxarı

DİN Polis Akademiyasında tədbir keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN Polis Akademiyasında tədbir keçirdi

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında beynəlxalq elmi-praktik konfrans keçirilib.

Trend-in məlumata görə, qloballaşma şəraitində cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə DİN-nin Polis Akademiyasında "Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri" mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda bir çox xarici ölkələrin və Azərbaycanın tanınmış hüquqşünas alimlərinin, təhsil müəssisələrinin və hüquq-mühafizə orqanları əməkdaşlarının məzmunlu araşdırmaları və təklifləri ilə zəngin olan çıxışları dinlənilib.

Konfransda çıxış edən DİN Polis Akademiyasının rəisi, polis general-mayoru, Nazim Əliyev bildirib ki, ictimai münasibətlərin qloballaşma şəraitində sürətli inkişafı cinayətlərin yeni növlərinin yaranmasına, cinayətkarlığın kəmiyyət və keyfiyyət göstəricilərinin daha dinamik dəyişkənliyinə təkan verir. Bu səbəbdən mürəkkəb və ziddiyyətli məzmuna malik qloballaşma prosesi cinayətkarlığın sistemli və detallaşdırılmış təhlilini, profilaktik tədbirlərin strateji əsaslarının yaradılması istiqamətlərinin araşdırılmasını, cinayətkarlığın beynəlxalq və regional problemlərinin öyrənilməsini zəruri edir.

Daha sonra xarici ölkələri təmsil edən qonaqlarla Azərbaycanın hüquqşünas alimləri arasında fikir mübadiləsi və diskussiyalar aparılıb.

Qedy edək ki, tədbirdə Rusiya, Türkiyə, Ukrayna, Belarus, Moldova və Tacikistan Daxili İşlər Nazirliklərinin, eləcə də aidiyyəti təhsil müəssisələrinin nümayəndələri də iştirak edib.

Konfransa həmçinin ölkəmizin hüquqşünas alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, Ədliyyə, Gömrük, Dövlət İdarəçilik, Milli Aviasiya Akademiyalarının, Qafqaz Universitetinin, Baş Prokurorluğun və daxili işlər orqanlarının nümayəndələri də qatılıblar.

Tarix
2014.10.24 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla