Yuxarı

Diqqət: siqaretlə bağlı cərimələr başladı - Bu gündən

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: siqaretlə bağlı cərimələr başladı - Bu gündən

10:23

Bu gündən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun rəsmi hüquqi qüvvə alıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı hüquqşünas Ərşad Hüseynov paylaşıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə düzəliş edilib. Bu gündən etibarən taksi sürücüləri və taksidən istifadə edən sərnişinlər nəqliyyat vasitəsi daxilində istifadə etdiyi tütün məhsullarına görə cərimələnəcəklər.

İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, həmin şəxs qeyd olunan məblığdə cərimə olunacaq.

Ə.Hüseynov bildirib ki, sərnişinin taksidə çəkdiyi siqaretə görə sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək:

“Hər kəs özünə cavabdehdir. Siqareti kim çəkəcəksə, cəriməni də özü ödəyəcək”.

Qeyd edək ki, bu gündən həmçinin rəsmi hüquqi qüvvə alan qanuna (İXM-in 212-ci maddəsinə edilən əlavələr) əsasən, siqaret kötüyünü hara gəldi atanlar da 50 manat cərimə olunacaqlar.

İnzibati Xətalar Məcəlləsinə yeni daxil edilən 212.4-cü maddə belədir:

212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə edilir.

Ə.Hüseynov bildirib ki, bu, siqaret kötüyünü zibil qutuları və belə tullantıların məhvi və ya atılması üçün xüsusi yerlər istisna olmaqla, istənilən başqa yerdə atan şəxsin cərimələnəcəyi deməkdir.

Tarix
2018.12.11 / 10:42
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Şahin Mustafayev Möhsün Rzayi ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla