Yuxarı

İranlı general Bakıda: Quliyevlə görüş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildiriblər.

DSX-nin Aparatında general-mayor Qasım Rzayinin təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq, İranın Sərhəd Qoşunlarının komandanı “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazıb.

Nümayəndə heyətlərinin geniş tərkibli görüşündə Azərbaycan və İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntə­qələrində mövcud vəziyyət, onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, narkotiklərin qaçaqmalçılığı, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, qadağan olunan malların daşınması və sərhəd təhlükəsizliyinə digər təhdidlərlə mübarizə sahəsində əməkdaşlığın vəziyyəti nəzərdən keçirilib.

DSX rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhəd təhlükəsizliyinə göstərilən ali dövlət qayğısı sayəsində bu gün ölkə sərhədlərinin mühafizəsinin yüksək səviyyədə təmin olunması, sərhəd infrastrukturunun müasirləşdirilməsi və təkmilləşdirilməsi üzrə həyata keçirilən islahatlar və tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, Ermənistanın Azərbaycanın 20% ərazisini, o cümlədən Azərbaycan-Ermənistan və Azərbaycan-İran dövlət sərhədinin bir hissəsini işğal altında saxlamaqda davam etməsi sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalmaqdadır.

Nümayəndə heyətləri ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib, Azərbaycan və İran sərhəd qurumları arasında mövcud əlaqə­lərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıblar.

Azərbaycan Respublikası və İran İslam Respublikasının iştirakı ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu layihələri çərçivəsində “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti, iki dövlət arasında iqtisadi əlaqələrin genişləndirilməsi, daşıma imkanlarının tək­milləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd nəzarətinin sürətləndirilməsi və təkmilləşdirilməsi üzrə həyata keçirilmiş tədbirlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər “18 noyabr 2010-cu il tarixli Xəzər dənizində təhlükəsizlik sahə­sində əməkdaşlıq haqqında Sazişə əlavə Xəzər dənizində sərhəd qurumlarının əməkdaşlığı və qarşılıqlı fəaliyyəti haqqında Protokol”un icrasından irəli gələn məsələlər, sərhəd təhlükəsizliyinin təmin edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət və digər aidiyyəti istiqa­mətlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə ediblər.

Tarix
2018.12.11 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla