Yuxarı

Səlim Müslümov BMT nümayəndələri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun nümayəndələri ilə görüş olub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin əldə etdiyi mühüm tarixi uğurları diqqətə çatdırıb. 1994-cü ildən etibarən ƏƏSMN ilə BMT-nin Əhali Fondu arasında fəal əməkdaşlıq həyata keçirildiyini qeyd edən nazir bildirib ki, həmin il Qahirədə qəbul edilmiş "Əhali və İnkişaf" üzrə Fəaliyyət Proqramının prinsiplərinin ölkənin ümumən inkişaf strategiyasında nəzərə alınması üçün müvafiq tədbirlər həyata keçirilib. "1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda "Demoqrafik İnkişaf Konsepsiyası" və 2004-cü ildə "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" qəbul olunub. Hər iki sənəddə, habelə 2014-2025-ci illəri əhatə edən növbəti "Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" layihəsində həmin Fəaliyyət Proqramının prinsipləri nəzərə alınıb. Yeni dövlət proqramının əsas məqsədi ölkəmizin demoqrafik sahədə növbəti on il üçün inkişaf istiqamətlərini müəyyən etməkdir".
S.Müslümov Azərbaycanda sosial-iqtisadi tərəqqi proseslərində insan amilinin ön planda dayandığını, sosial rifah halının mütəmadi yüksəldiyini, yoxsulluq səviyyəsinin kəskin şəkildə azalaraq 5,3 faizə, işsizliyin 5 faizə endiyini qeyd edərək, bunun nəticə etibarilə demoqrafik vəziyyətə müsbət təsir göstərdiyini, respublika əhalisinin sayında sabit artım dinamikasının olduğunu bildirib: "1994-cü ildən sonra ötən dövrdə Azərbaycan əhalisinin sayı 26 faiz artaraq 9,5 milyona çatıb. Hazırda Azərbaycanda əhalinin illik artım tempi 1,3 faiz təşkil edir. Həmçinin körpə və uşaq ölümü halları 2,3 dəfə və 3,5 dəfə azalıb. Müsbət demoqrafik tendensiya doğulanda gözlənilən ömür uzunluğunun da 4,6 il artaraq 74,2 yaşa çatması ilə müşaiyət olunub". Nazir dövlət başçısının tapşırığına əsasən, ölkənin demoqrafik inkişaf prosesi, əhalinin sabit artım tempi nəzərə alınmaqla ölkədə uzunmüddətli məşğulluq strategiyasının hazırlanmasına başlandığını vurğulayıb: "Azərbaycanın "Əhali və İnkişaf" üzrə Beynəlxalq Konfransda qəbul edilmiş Fəaliyyət Proqramının icrası sahəsində qazandığı uğurlar nəzərə alınaraq, 2015-ci ildə ölkəmizdə "2015-ci ildən sonrakı dövrdə əhali və davamlı inkişaf" və ya "Əhali və İnkişaf" üzrə Beynəlxalq Konfransda qəbul edilmiş Fəaliyyət Proqramı və Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər: regional baxış" mövzusunda beynəlxalq regional konfrans təşkil oluna bilər".

BMT-nin Əhali Fondunun icraçı direktorunun müavini xanım Anna Birgit Albrektsen Azərbaycanın sosial-iqtisadi inkişafın mühüm uğurlarından biri kimi, demoqrafik proseslərin müsbət yöndə getməsinin, habelə ölkəmizin BMT-nin Əhali Fondu ilə davamlı və səmərəli əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edib. O, ölkəmizin gələcək dövrdə demoqrafiya sahəsində strateji hədəflərinə nail olunmasında BMT Əhali Fondu tərəfindən əməkdaşlıq müstəvisində bütün mümkün dəstəyin veriləcəyini bildirib, gələn il Azərbaycanda əhali və davamlı inkişaf məsələlərinə dair beynəlxalq konfransın keçirilməsi təklifini müsbət dəyərləndirib.

Görüşdə əhali sakinliyi və demoqrafik sahədə əməkdaşlıqla bağlı qarşıda duran məsələlər müzakirə olunub.

Tarix
2014.10.28 / 17:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla