Yuxarı

Andrade üçün “Qarabağ”a bu qədər ödənilib

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Andrade üçün “Qarabağ”a bu qədər ödənilib

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın aparıcı futbolçularından Leandro Andrade "Polissya Jitomir" klubuna transfer olunub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, "Polissya Jitomir" bu keçid üçün "Qarabağ"a 3 milyon avro (5.8 milyon manat) transfer haqqı ödəyib.

Ukrayna təmsilçisi futbolçu ilə 2029-cu ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalayıb. Portuqaliya vətəndaşlığına da sahib olan vinger yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, kabo-verdeli futbolçu 2022-ci ilin yanvarından "Qarabağ”ın formasını geyinir. O, komandanın heyətində 2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022 və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb.

"Qarabağ”ın 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022-2023 və 2024-2025-ci illər mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022 və 2022-2023-cü illər mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub.

Leandro "Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub. O, "Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. Belə ki, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.

Tarix
2026.06.28 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev kimdir, niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla