Yuxarı

“Nar” mətbuat nümayəndələrini bir araya topladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə mətbuat nümayəndələrini bir araya toplayıb və onlar üçün növbəti dəfə əyləncəli bilik yarışması təşkil edib. Tədbirdə 55-dən çox media orqanını təmsil edən 100-ə qədər jurnalist iştirak edib. Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mədəniyyətinə, tarixinə aid müxtəlf suallar təqdim olunub.

Axar.az xəbər verir ki, Azerfon MMC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov media nümayəndələrini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib və bildirib ki, “Nar” mediaya yönəlmiş layihələrini növbəti il də reallaşdıracaq.

2 saatdan çox davam edən bilik yarışmasında 18 komanda iştirak edib. “Sophianın Azərbaycandakı dostları” komandası 1-ci, “Yeni Müsavat” komandası 2-ci, “Komandos” komandası isə 3-cü yeri tutublar. Qalib komandalar “Nar”-dan xüsusi hədiyyələr qazanıblar. Bundan başqa, tədbir zamanı xüsusi əyləncəli müsabiqələr keçirilib və qaliblərə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2018.12.17 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla