Yuxarı

Gömrük Xidmətinin nümayəndə heyəti İsrail-İordaniya sərhədində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrük Xidmətinin nümayəndə heyəti İsrail-İordaniya sərhədində

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.

Komitədən Axar.az-a verilən məlumata görə, dekabrın 17-də Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İsrailə səfər çərçivəsində bu ölkənin İordaniya Haşimilər Krallığı ilə dövlət sərhədində yerləşən "Allenby" gömrük-buraxılış məntəqəsinə gəlib, burada gömrük orqanlarının iş prinsipi ilə yaxından tanış olub.

Nümayəndə heyətinin üzvlərinə bildirilib ki, gömrük-buraxılış məntəqəsində ən müasir texniki nəzarət vasitələri və innovativ layihələr tətbiq edilir.

Eyni zamanda, nümayəndə heyətinə mallar və nəqliyyat vasitələrinin, şəxslərin asan və sürətli keçidinin təmin olunması, sərhədkeçmə prosesində təhlükəsizliyin təmin edilməsi üçün görülən işlər barədə məlumat verilib.

İsrailli mütəxəssislər azərbaycanlı həmkarlarına sərhədkeçmə prosesi, gömrük nəzarəti prosedurları və elektron gömrük xidmətlərinin tətbiqini əyani şəkildə də nümayiş etdiriblər.

"Allenby" gömrük-buraxılış məntəqəsində gömrük işinin təşkili sahəsində görülən işlərdən məmnunluq duyan Azərbaycan nümayəndə heyətinin üzvləri burada həyata keçirilən yeniliklərdən faydalanmağın və tətbiq etməyin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Tarix
2018.12.18 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla