Yuxarı

Ramil Usubov Qətər səfirini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov Qətər səfirini qəbul etdi

Oktyabrın 29-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fahd Al-Tanini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qonağı səmimi salamlayan nazir dövlət başçılarının siyasi iradəsinə və dostluq münasibətlərinə uyğun olaraq son illər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik templə inkişaf etdiyini nəzərə çatdırıb, buna əyani sübut kimi Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Şeyx Abdulla bin Nasir Xəlifə Al-Taninin dəvətinə əsasən oktyabrın 19-dan 21-dək bu ölkədə rəsmi səfərdə olmasını, orada işgüzar və faydalı danışıqların aparılmasını və "Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında" Sazişin imzalanmasını nümunə göstərib.

Cənab Ramil Usubov yüksək səviyyəli qarşılıqlı təmasların və ziyarətlərin, yaradılan hüquqi-normativ bazanın daxili işlər orqanları arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyini, Azərbaycan tərəfinin birgə əlaqələrin daha da dərinləşməsində hər zaman maraqlı olduğunu vurğulayıb, səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Mübarək bin Fahd Al-Tani səmimi qəbula və xoş sözlərə görə təşəkkür edib, Qətərlə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın gündən-günə inkişaf etdiyini, respublikamızada diplomatik missiyasının həyata keçirilməsində yaradılmış əlverişli və təhlükəsiz şəraitə görə ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirib.

Tarix
2014.10.29 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla