Yuxarı

Bakıya 12 milyard manat investisiya qoyulub - Əzizov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya 12 milyard manat investisiya qoyulub - Əzizov

Son bir ildə Bakıya 12 milyard manat investisiya qoyulub.

Report-un məlumatına görə, bunu Bakıda keçirilən "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" adlı konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

O qeyd edib ki, 2005-ci ildən bu yana Bakıda sənaye istehsalı 4 dəfə artıb, Bakıda avtmobillərin sayı 2 dəfə artaraq 663 minə çatıb: "Prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq inkişaf edir. 2005-ci ildə Bakıda 40-a yaxın hotel olubsa, hazırda bu rəqəm 4 dəfə artıb. Bakı keçmiş Sovet məkanında 5 ulduzlu hotellərin sayına görə ilk yerlərdə qərarlaşıb".

İcra başçısı bildirib ki, təkcə bu il Bakını 2 milyondan artıq turist ziyarət edib və proqnozlara görə bu rəqəm artacaq: "15 ildir Bakıda intensiv tikinti işləri aparılıb və bu gün də tikinti ilə bağlı müraciətlərin sayı artıb. Bu, Bakının inkişafından xəbər verir".

E.Əzizov vurğulayıb ki, beynəlxalq agentliklərin reytinqinə görə, turistlər üçün Bakı memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən biri hesab edilir:. Bu gün Bakıda salınan parklar böyük əraziləri əhatə edir, meqaparklar yaradılır. Paytaxtımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı öz tarixində heç zaman belə inkişaf görməyib. Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və paytaxtı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək".

Tarix
2018.12.24 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla