Yuxarı

Güzəştli mənzillər üçün sınaq seçimi: Tarix dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güzəştli mənzillər üçün sınaq seçimi: Tarix dəyişdi

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə “Güzəştli mənzil” sistemində bir sıra təkmilləşdirmə işləri aparılıb.

Agentlikdən Axar.az-a verilən məlumata görə, təkmilləşdirmə satışın başlanmasına 24 saat qalmış geri sayımın aktivləşməsi, səhifənin açılması və səhifədən səhifəyə keçid haqqında məlumatın ekranda görünməsi ilə əlaqədardır.

Agentlikdən bildirilib ki, əgər vətəndaşlar mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq istəyənlər bu gün saat 15:00-dan saat 15:30-dək keçiriləcək sistemin sınaq mühitində mənzil seçimi etmələri xahiş olunur.

Mənzil seçimində bütün əməliyyatlar “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində aparılır və mənzil seçimi prosesi 25 yanvar 2019-cu il tarixində Yasamal Yaşayış Kompleksində keçiriləcək 174 mənzilin seçimi ilə identikdir.

Mənzil seçimi prosedurunun həyata keçirilməsi zamanı hər hansısa çətinliklə qarşılaşan vətəndaş “108” çağrı mərkəzinə bu barədə məlumat verə bilər.

Qeyd edək ki, agentlik bundan öncə yaydığı açıqlamada bu günə təyin edilmiş sınaq seçiminin saat 11:00-dan 11:30-dək keçiriləcəyini bildirmişdi.

Tarix
2019.01.12 / 13:43
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla