Yuxarı

Penitensiar Xidmət Taleh Bağırovla bağlı məlumat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Taleh Bağırovun həyat yoldaşının verdiyi açıqlamaya münasibət bildirib.

Penitensiar Xidmətdən Axar.az-a verilən məlumatda bildirilir ki, Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə bəzi informasiya saytlarında müsahibə verərək həbsxanada cəza çəkən ərinə qarşı müəssisə əməkdaşları tərəfindən təzyiqlər olması, vəkili ilə görüşə bilməməsi, telefon danışıqlarına icazə verilməməsi və bu səbəbdən onun uzun müddətdir ki, aclıq etməsi barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

Penitensiar Xidmət bildirir ki, həbsxana rəisi Aftandil Ağayev tərəfindən 12 fevral 2019-cu il tarixdə T.Bağırovun atası Kamil Bağırov və həyat yoldaşı Leyla İsmayılzadə qəbul edilib.

Qəbul zamanı onlarla hərtərəfli izahedici söhbətlər aparılıb, narahatçılığa heç bir əsas olmadığı diqqətə çatdırılıb və qeyd olunub ki, T.Bağırova qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb. Lakin T.Bağırov vəkil Bəhruz Bayramovla görüşdən, eləcə də nəzərdə tutulmuş müddətlərdə təqdim edilən telefon danışıqlarından imtina edib. Bütün bu halların hər biri müvafiq qaydada sənədləşdirilib. Hətta qohumlarının narahatlığını anlayaraq həbsxana rəisi T.Bağırova xidməti otağında qohumları ilə görüşməsi üçün şərait yaradıb. Otağa daxil olarkən T.Bağırov "Siz bura niyə gəlmisiniz, durun gedin" ifadəsini işlədərək kobud tərzdə narazı olduğunu göstərib, çılğınlıq edib. Müəssisə rəisi onu intizama dəvət edərək vəkilləri və qohumları ilə görüşə, telefon danışıqlarına şərait yaradıldığını və hansı səbəbdən bu hüquqlarından imtina etdiyini soruşduqda, "Mən gündəmdə qalmaq istəyirəm, bu mənim bir şansımdır" deyə T.Bağırov cavab verib, üzünü qohumlarına tutaraq "Gedin hər kəsə bildirin ki, mən aclıq edirəm" deyib.

Penitensiar Xidmət bir daha bildirir ki, T.Bağırov ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməsi, eləcə də aclıq etməsi barədə ərizə ilə müraciət etməyib, təhlükəsizliyi təmin olunmaqla bütün hüquqları qorunur.

Tarix
2019.02.15 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Rubio Barro ilə danışdı: Bakı və İrəvan arasında sülh...

Tehran agentlərini qəsdən Bakıda həbs etdirir - Səbəb

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Nazir Rza Məmmədova vəzifə verdi

Tramp, Əliyev və Paşinyan görüşünün - Təfərrüatı

Yəmən Prezident Şurasının sədri Bakıya dəvət olundu

Tramp Bakı və İrəvan arasında sülhə yaxındır - Senator

Əli Əsədov Türkmənistanda

Mixail Qusman yeni vəzifəyə təyin olunub? - Özü açıqladı

Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla