Yuxarı

Biləcərinin keçilməz yollarına AAYDA-dan reaksiya - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biləcərinin keçilməz yollarına AAYDA-dan reaksiya - Video

Biləcəri qəsəbəsində yerləşən yeni yaşayış massivində yollar bərbad vəziyyətdədir.

Bu barədə Axar.az-a sözügedən ərazidə yaşayan sakinlər şikayət ünvanlayıblar.

Onların sözlərinə görə, yolun asfalt örtüyü olmadığına görə yağışlı və qarlı hava şəraitində bu küçələrdən keçib dərsə, işə və s. getmək mümkün deyil. 10 ildən çoxdur çətin vəziyyətdə qalan sakinlər ərazidə heç bir təmir-bərpa işləri aparılmadığını bildiriblər.

Məsələ ilə bağlı saytımıza danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli həmin ərazidəki yolların AAYDA-nın balansında olmadığını deyib:

“Bu ildən etibarən Biləcəri qəsəbəsində daxili yollar bizim balansımızda olmasa da, təmirinə başlanılıb. Biləcəri qəsəbəsi kifayət qədər böyük ərazini əhatə edir. Keçilməz olan yollar hissə-hissə təmir olunur. Sözügedən yollarda da təmir-bərpa işləri aparılacaq”.

Tarix
2019.02.19 / 15:58
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Prezidentin Serbiya səfəri: Yeni səhifə açılır

Prezidentin Serbiyaya səfəri: əlaqələr daha da gücləndirəcək

Andrey Babiş Bakıya gəlir

Özbəkistandakı Azərbaycan şirkətlərinin sayı açıqlandı

19 azərbaycanlının quru yolu ilə Ermənistana səfəri…

Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdi - Video

İlham Əliyevin Serbiyaya səfəri başa çatdı

Zəngəzur dəhlizi yeni imkanlar yaradır - Hikmət Hacıyev

Hüseynov qardaşlarının anası ermənidir - Fotofakt

Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla