Yuxarı

Sabahın havası: külək, yağış, qar... - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabahın havası: külək, yağış, qar...  - Xəbərdarlıq

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə saatlarında çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 2-5°, gündüz 8-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Nazirlik xəbərdarlıq edir ki, martın 3-ü gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti təşkil edəcək.

Martın 3-də əsasən şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 3-ü gün ərzində Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Tarix
2019.03.02 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

Mehdiyevin həbsi ilə deputat partiyadan qovuldu... - Təsadüf?

Prezident yeni səfiri qəbul etdi - Foto

İlham Əliyev BMT rəsmisini qəbul etdi - Foto

Əhmədzadə ilə Mehdiyev işində əlaqə... - Millət vəkili

Mehdiyevin ən yaxın adamı danışdı: Özümə borc bilirəm

İlham Əliyev Qazaxıstana gedir

Erməni jurnalist Mehdiyevi belə müdafiə etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla