Yuxarı

Bakının əsas girişində təmir işləri nə vaxt yekunlaşır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının əsas girişində təmir işləri nə vaxt yekunlaşır?

Bakının cənubunda, Bibiheybət məscidi istiqamətində yolda aparılan təmir işlərinin nə zaman yekunlaşacağı açıqlanıb.

Axar.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bibiheybət məscidindən şəhər istiqamətində olan yeni yolda müəyyən deformasiyaların və kiçik həcmli çatların yarandığını bildirib.

A.Nəcəfli deyib ki, əslində keçən həftədən yolun həmin hissəsində hazırlıq işləri aparılıb:

“İki gün əvvəl isə yolda hərəkət tam məhdudlaşdırılıb. Hazırda yolun əsasında bərkitmə işləri görülür, yararsız qrunt qazılaraq çıxarılır, yeni yararlı qrunt tökülür, kipləşdirmə işləri aparılır. Daha sonra isə asfaltlanma işləri aparılacaq. Təqribən 10 gün ərzində bu işlərin yekunlaşdırılması nəzərdə tutulur. Ümumilikdə, yolun 300 metrdən artıq hissəsində bu işlər görülür. Eyni zamanda bu qədər hissədə də səth, yağış sularının axıdılması üçün beton arx inşa olunacaq”.

Tarix
2019.03.06 / 21:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla