Yuxarı

Elçin Şıxlı Nurəddin Xocaya görə ifadə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçin Şıxlı Nurəddin Xocaya görə ifadə verdi

Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ifadə verib.

O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib.

Elçin Şıxlı istintaqa ifadəsində bildirib ki, Nurəddin Xocanın işləməyə yeri olmadığı üçün ona öz redaksiyasında yer ayırıb və təqsirləndirilən şəxs həmin saytı oradan idarə edib.

Növbəti proses martın 18-də davam edəcək.

Nurəddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Nurəddin İsmayılov vəzifə səlahiyyərlərini aşıb, vəzifə saxtakarlığına yol verib və saytında dövlət əleyhinə yönələn açıq çağırışlar edib.

Tarix
2019.03.13 / 13:04
Müəllif
Hacı Zeynalov
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla