Yuxarı

Rusiya liderliyini itirdi, Azərbaycan Çexiyada rekord qırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya liderliyini itirdi, Azərbaycan Çexiyada rekord qırdı

Çexiyanın enerji bazarında ciddi dəyişiklik baş verib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, 2025-ci ilin yekunlarına görə Azərbaycan bu ölkənin ən böyük neft tədarükçüsünə çevrilərək ümumi idxalın 42 faizdən çoxunu təmin edib.

“Ceske noviny” nəşrinin yaydığı məlumata görə, uzun illər bazara dominantlıq edən Rusiyanın payı kəskin şəkildə azalaraq əvvəlki 50 faizdən yuxarı göstəricilərdən 7,7 faizə qədər geriləyib. Bu isə Moskvanın Çexiya neft bazarındakı lider mövqeyini faktiki olaraq itirməsi deməkdir.

Ümumilikdə, Çexiya 2025-ci ildə 6,85 milyon tondan çox neft idxal edib ki, bu da illik müqayisədə 5,5 faiz artım deməkdir. İdxal strukturunda Azərbaycanla yanaşı Norveç, Qazaxıstan və Səudiyyə Ərəbistanının da payı artıb.

Ekspertlər Rusiyanın payının azalmasını əsasən “Drujba” boru kəməri ilə tədarüklərin mart ayından etibarən dayanması və hələ də bərpa olunmaması ilə izah edir. Bunun fonunda Çexiya alternativ mənbələrə yönələrək enerji təhlükəsizliyini gücləndirməyə çalışır.

Tarix
2026.04.18 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla