Yuxarı

Kiyevdəki atışmanın təfərrüatı: Hücum edən şəxs kim olub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiyevdəki atışmanın təfərrüatı: Hücum edən şəxs kim olub?

Ötən gün Ukraynanın paytaxtı Kiyevdə baş verən atışmanın təfərrüatı bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə daxili işlər naziri İqor Klimenko brifinqdə danışıb.

Nazirin sözlərinə görə, 1968-ci il təvəllüdlü, ehtimal ki, təqaüdçü olan Dmitri Vasilçenkov hadisə yerinin yaxınlığında yaşayırmış:

“Atəş açan şəxs heç bir tələb irəli sürməyib. Onunla 40 dəqiqə danışıblar. Amma o, cavab verməyib. Xüsusən də bir girovu vurduqdan sonra onu məhv etmək əmri verildi".

Eyni zamanda, nazir silahlının qeyri-sabit hərəkət etdiyini qeyd edib:

"O, sadəcə insanlara dəqiq atəş açıb, onlara yaxınlaşıb və vurub. Buna görə də onların sağ qalma şansı çox az idi".

Bildirilib ki, azad edilmiş bütün girovlar səhiyyə müəssisələrinə aparılıb.

Baş prokuror Ruslan Kravçenko isə hadisəni terror aktı kimi qiymətləndirib və araşdırmalara başlanıldığını açıqlayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib ki, terrorçu əvvəllər cinayət məsuliyyətinə cəlb edilib. Zelenskinin sözlərinə görə, o, uzun müddət Donetsk vilayətində yaşayıb və Rusiyada anadan olub:

"İndi onunla bağlı hər şey, o cümlədən niyə bu cür cinayət törətdiyi aydınlaşdırılır. Hər bir detal yoxlanılmalıdır. Müstəntiqlərin bir neçə nəzəriyyəsi var. Onun bütün elektron cihazları, telefonu və əlaqələri yoxlanılacaq”.

Zelenski vurğulayıb ki, o, hücumdan əvvəl yaşadığı mənzili yandırıb.

Tarix
2026.04.19 / 00:10
Müəllif
Axar.az
Digər xəbərlər

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla