Yuxarı

ADU rektoru səfirlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə ADU-da Macar Mərkəzinin açılışı ilə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, mərkəzin yaradılması macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə dəstək olmaq məqsədi daşıyır. Vurğulanıb ki, Macar Mərkəzinin yaradılması Macarıstan və Azərbaycan arasında münasibətlərin inkişafına töhfə verəcək. Bu mərkəzdə bir sıra tələbələr, müəllimlər, Macarıstandan gələn alimlərlə görüşlərin, digər tədbirlərin, dərslərin keçirilməsi nəzərdə tutulur.

ADU rektoru Kamal Abdulla bildirib ki, Macarıstan universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılması da əsas məqsədlərdən biri olmalıdır. Eyni zamanda Macarıstan unversitetlərindən birində Azərbaycan dilinin tədrisi lazımlı və əhəmiyyətlidir.

Rektorun təkliflərini müsbət qarşılayan səfir bu istiqamətdə lazım olan addımların atılacağını bildirib.

Tarix
2019.03.18 / 21:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla