Yuxarı

İlham Əliyev 4 sərəncam imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:00

Azərbaycan Prezidenti İlham Əliyev Azər Mustafazadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

"Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tahirə Cəfərovaya “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin müəllimi Tahirə Ənvər qızı Cəfərovaya “Əməkdar müəllim” fəxri adı verilsin".

***

Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan dövlət təhlükəsizliyi və xarıcı kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Xələfov Rauf Rafiq oğlu – general-mayor

Qulubəyov Mamay Maqsud oğlu – polkovnik

Mansurov Həsən İsa oğlu – ədliyyə general-mayoru

Musayev İlqar Əli oğlu – general-mayor

Muxtarov Rövşən Nadir oğlu – polkovnik

Nağıyev Sahib Novruz oğlu – general-mayor

“Vətən uğrunda” medalı ilə

Aşurov Mönsüm Yaqub oğlu – polkovnik

Bayramov Abbas Musa oğlu – polkovnik

Eynullayev Tağı Bahadur oğlu – polkovnik

Hüseynov Şahin Cəlal oğlu – polkovnik

Kazımov Füzuli Şahsuvar oğlu – mayor

Məmmədov İlqar İsmayıl oğlu – polkovnik

Rzayev Araz Sabir oğlu – polkovnik

Sultanov Samir Sultan oğlu – polkovnik

“İgidliyə görə” medalı ilə

Abbasov Asif Nuru oğlu – polkovnik

Cəfərzadə Samir Həşim oğlu – mayor

Əlifov Anar İsmayıl oğlu – kapitan

Əliyev İlham Nəriman oğlu – polkovnik

Kazımov Şahin Yunsur oğlu – polkovnik-leytenant

Qarayev Nicad Kamandar oğlu – polkovnik-leytenant

Məmmədov Rövşən Cahangir oğlu – polkovnik

Teymurov Elşad Elşən oğlu – kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə

Abdullayev Polad Fərrux oğlu – polkovnik

Babayev Arif Vaqif oğlu – polkovnik

Bayramov Gəray Sabir oğlu – mayor

Hacıyev Əsəd Qurban oğlu – ədliyyə mayoru

Həsənov Samir Tələt oğlu – polkovnik

Hüseynli Fərid Zamin oğlu – kapitan

Qaytaranov Vüqar Məcid oğlu – polkovnik-leytenant

Məmmədli Elnur Çingiz oğlu – polkovnik-leytenant

Məmmədov Fuad Famil oğlu – mayor

Məmmədov Tural Bərşad oğlu – kapitan

Səfərov Ramazan Zakir oğlu – mayor

Vəliyev Heydər Vəli oğlu – mayor.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayb.

Sərəncamda deyilir:

1. On bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon (iki milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Tarix
2019.03.27 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla