Yuxarı

Qarabağın minalardan təmizlənməsi Bakıda müzakirə olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 8-də Bakıda “Piyada əleyhinə Minalardan Azad Cənubi Qafqaz” kampaniyası çərçivəsində dəyirimi masa keçirilib.

Axar.az xəbər verir ki, kampaniya 4-10 aprel tarixlərindən başlayaraq Cənubi Qafqaz regionunda silsilə tədbirlər təşkil etməklə davam edir.

“Cənubi Qafqazda minalar və partlamamış sursat problemlərinin aradan qaldırılmasında kontekstual çağırışlar” adlanan tədbir Qafqaz Siyasi Analiz Mərkəzinin (CPAC) və LINKS - in (DAR) təşkilatçılığı ilə keçirilib. Tədbirdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cari proseslər, inam yaratma addımları və bu addımlardan biri kimi minalarla mübarizə müzakirə edilib.

“Park İnn” otelində baş tutan tədbirdə dövlət qurumlarının, parlamentin, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların yerli və xarici vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, media təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili görüşün keçirilməsinin məqsədləri, Dağlıq Qarabağ münaqişəsinin cari durumu ilə bağlı məlumat verib və ictimai müzakirələri açıq elan edib. Tədbirdə Avropa İtiffaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas salamlama nitqi ilə çıxış edib. Daha sonra LINKS (DAR) təşkilatının rəhbəri Dennis Sammut Cənubi Qafqaz münaqişlərinin həllində inam yaratma tədbirləri və minalrla mübarizə kampaniyası haqqında məlumat verib.

Tədbirin növbəti hissəsində Azərbaycan Milli Məclisinin təmsilçiləri, diplomatik nümayəndəliklər və yerli vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fikirlərini bildiriblər. Əsas müzakirə məsələsi Dağlıq Qarabağ münaqişəsinin mövcud durumuna dair olub.

Tədbir Aİ-nin regiondakı gələcək fəaliyyətinin təşkili, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli istiqamətində fəaliyyətinin müzakirəsi ilə davam etdirilib.

Tarix
2019.04.08 / 18:09
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla