Yuxarı

“Bizim enerji tələbatımızın 20 faizini Bakı verir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bizim enerji tələbatımızın 20 faizini Bakı verir”

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dekabrın 3-dən Çexiyanın paytaxtı Praqada üç günlük sərgi keçirir.

Fondun İnformasiya təminatı sektorundan Axar.az-a daxil olan məlumata görə, "Azərbaycan elmi xaricdə" proqramı çərçivəsində reallaşan sərgi "Azərbaycanın geologiya elmi Çexiyada" adlanır.

Əvvəlcə Praqanın Ambasador otelində dəyirmi masa təşkil olunub. "Azərbaycan - Çexiya: Tarixi-mədəni münasibətlər" mövzusunda keçirilən müzakirələrdə elm-təhsil, siyasət, incəsənət, iş adamları arasında mövcud əlaqələrin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iki dost ölkənin ortaq dəyərlərindən danışılıb, tarixi-mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Karlov Universitetində baş tutan "Azərbaycanın geologiya elmi Çexiyada" adlı sərginin açılışında Universitetinin rektoru Tomas Zima Azərbaycanla Çexiya Respublikasının böyük enerji tərəfdaşı olduğunu diqqətə çatdırıb. Çexiyanın enerji tələbatının 20 faizindən çoxunu Azərbaycanın ödədiyini xatırladan rektor deyib ki, belə layihələr iki ölkə arasındakı elmi mübadilənin inkişafına təkan verir.

Sərgiyə qatılan çexiyalı alimlər deyiblər ki, nümayiş olunan eksponatlar Azərbaycanın geologiya elmi - zəngin yeraltı və yerüstü sərvətləri haqqında xeyli bilgilər verib.

Növbəti günlərdə "Azərbaycan elmi xaricdə" proqramı çərçivəsində Bilik Fondunun xətti ilə Azərbaycandan Çexiyaya gedən almlərin mühazirələri dinləniləcək.

Tarix
2014.12.03 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla